Ərdoğan: "TANAPın yekunlaşması çox mühüm hadisədir"


Dünya 29 May 2018 11:32:40 249 0

Ərdoğan: "TANAPın yekunlaşması çox mühüm hadisədir"

Qazın Türkiyə və Avropaya tədarükünü həyata keçirəcək Transanadolu boru kəmərinin (TANAP) tikintisi üzrə işlərin yekunlaşması çox mühüm və əlamətdar hadisədir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozoral tərəfindən Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin açılış mərasimində səsləndirilən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətində deyilir.

Türkiyə Prezidentinin müraciətində deyilir: "Hörmətli Prezident İlham Əliyev və mərasim iştirakçıları, Baklı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, eləcə də Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi kimi layihələrin icrasından sonra TANAP qaz kəmərini regionun gələcəyini dəyişəcək layihə adlandırmaq olar. TANAP regional əməkdaşlığın əyani nümunəsidir".