Qəbələ Roman Qriqorçukla yollarını ayırdı - RƏSMİ


İdman 29 May 2018 11:11:00 246 0

Qəbələ Roman Qriqorçukla yollarını ayırdı - RƏSMİ

Qəbələ baş məşqçi Roman Qriqorçukla yollarını ayırdığını rəsmən açıqlayıb. 

Goal.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, bu qərar Azərbaycan Kubokunun final matçının ardından rəhbərliklə ukraynalı mütəxəssis arasındakı görüş zamanı qəbul olunub. Həmin görüşdə müqavilənin uzadılmaması qərara alınıb. Qəbələ İdman Klubu Qriqorçuka 2015 - 2018-ci illərdə komandadakı uğurlu fəaliyyətinə görə təşəkkür edib, ona gələcək həyatında və karyerasında uğurlar arzulayıb. 

Qeyd edək ki, 2015-ci ilin əvvəlindən Qəbələ-nin baş məşqçisi olan Roman Qriqorçuk bu postda 3,5 mövsüm çalışıb. “Qırmızı-qaralar”la Premyer Liqada 2 dəfə gümüş (2016/2017, 2017/2018), 2 dəfə bürünc (2014/2015, 2015/2016) mükafat qazanan ukraynalı mütəxəssis 2 dəfə Azərbaycan Kubokunun finalına (2016/2017, 2017/2018) qədər irəliləyib. Qriqorçukun rəhbərliyi altında 3 dəfə Avropa Liqasında çıxış edən “Qəbələ” 2015/2016 və 2016/2017 mövsümlərində turnirin qrup mərhələsinə qədər yüksəlib.