Ərdoğan: TANAP-ın yekunlaşması çox mühüm hadisədir


Digərləri 29 May 2018 11:06:00 191 0

Ərdoğan: TANAP-ın yekunlaşması çox mühüm hadisədir

Qazın Türkiyə və Avropaya tədarükünü həyata keçirəcək Transanadolu boru kəmərinin (TANAP) tikintisi üzrə işlərin yekunlaşması çox mühüm və əlamətdar hadisədir.

Bakı. Rufi Hafizoğlu - Qazın Türkiyə və Avropaya tədarükünü həyata keçirəcək Transanadolu boru kəmərinin (TANAP) tikintisi üzrə işlərin yekunlaşması çox mühüm və əlamətdar hadisədir. Trend-in məlumatına görə, bu, Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozoral tərəfindən Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin açılış mərasimində səsləndirilən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətində deyilir. Türkiyə Prezidentinin müraciətində deyilir: "Hörmətli Prezident İlham Əliyev və mərasim iştirakçıları, Baklı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, eləcə də Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi kimi layihələrin icrasından sonra TANAP qaz kəmərini regionun gələcəyini dəyişəcək layihə adlandırmaq olar. TANAP regional əməkdaşlığın əyani nümunəsidir". Müraciətdə həmçinin qeyd olunur ki, bu gün TANAP sisteminə ilk qaz daxil olduqdan sonra cari il iyunun 12-də Əskişəhərdə boru kəmərinin açılış mərasimi keçiriləcək. R.T.Ərdoğan müraciətdə həmçinin bildirib ki, Türkiyə TANAP boru kəmərinin açılış mərasimini məmnunluqla təşkil edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin