Ötən gün ərzində 90 cinayət faktı qeydə alınıb


Digərləri 29 May 2018 09:19:01 271 0

Ötən gün ərzində 90 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 90 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.

Bakı. Samir Əli - Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 90 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb. Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 12, borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.