Smartisan Nut R1 təqdim olundu


Digərləri 29 May 2018 08:55:00 256 0

Smartisan Nut R1 təqdim olundu

Çinin Smartisan brendi Nut R1 adlı flaqman smartfonunu anons edib. Bu smartfon nazik ekran çərçivələrinə sahibdir. Lakin bu, onun əsas özəlliyi deyil. Smartfonun əsas özəlliyi ondan ibarətdir ki, o, dünyanın ilk cihazıdır ki, 1 TB-lıq daxili yaddaş həcminə sahibdir. Smartisan Nut R1 modelinin demək olar ki, bütün ön panelini 18.7:9 nisbətli 2242x1080 piksel keyfiyyətli 6.17 inç-lik ekran əhatə edir. Onun yuxarı hissəsində isə ön kamera üçün kiçik çıxıntı yeri var.

Son.az technote.az-a istinadən bildirir ki, smartfon həmçinin Snapdragon 845 prosessoru, 6/8 GB RAM, 64/128 GB və 1 TB-lıq daxili yaddaş həcmi, Quick Charge 4 sürətli enerji yığma özəllikli 3600 mAh enerji tutumlu batareya (naqilsiz şarj texnologiyası da dəstəklənir), USB Type-C girişi və iki SIM kart girişi ilə təchiz olunub. Şarj prosesi məhz USB Type-C girişi vasitəsilə reallaşdırılır.


Xəbərə aid fotolar