Britaniyada sərnişin qatarı səhvən başqa şəhərə gedib


Dünya 29 May 2018 08:20:00 277 0

Britaniyada sərnişin qatarı səhvən başqa şəhərə gedib

Britaniyada "CrossCountry Train" qatarının maşınısti sərnişinləri səhvən başqa şəhərə aparıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "The Mirror" məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, qatar ölkənin şimalındakı Nyukasldan cənuba - Reddinqə doğru getmək əvəzinə, Pontefrakta istiqamətlənib.

"Mən hazırda hardasa Ponterfakt yaxınlığında itən qatardayam", - deyə sərnişinlərdən biri "Twitter"də yazıb. O, qeyd edib ki, burada "ilişib" qalıblar: "Çünki maşinist səhv yolu seçib. Kimin ağlına gələrdi ki, bu ümumiyyətlə mümkündür?".