Bakıda metronun yaxınlığında gənc oğlan bıçaqlanıb


Sosial 29 May 2018 08:11:09 276 0

Bakıda metronun yaxınlığında gənc oğlan bıçaqlanıb

Yaralı xəstəxanaya yerləşdirilib

Nəsimi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında baş verib.

1996-cı il təvəllüdlü Cəbrayılov Nurlan Cəbrayıl oğlu tanıdığı şəxslə əlbəyaxa dava edib. Nəticədə o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.