Bakıda avtomobil orta yaşlı kişini vuraraq ağır xəsarət yetirib


Digərləri 29 May 2018 08:18:00 276 0

Bakıda avtomobil orta yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirilib

Bakının Sabunçu rayonunda baş verən yol qəzası zamanı bir nəfər ağır yaralanıb.

Son.az "Report"a istinadən bildirir ki,Balaxanı qəsəbəsində yolu keçmək istəyən 50 yaşlı Yusifov Şaiq Yusif oğlunu minik avtomobili vurub.

Hadisəni törədən sürücü yaralını 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.