Xiaomi Mi 8 gəlir: Şirkət fərqli addımlar atır VİDEO FOTO


Digərləri 29 May 2018 08:05:00 386 0

Xiaomi Mi 8 gəlir: Şirkət fərqli addımlar atır  VİDEO  FOTO

Dəqiq olan və ən son sızan məlumatlara görə Xiaomi Mi 7 modeli yerinə Xiaomi Mi 8 modeli tanıdılacaq. Xiaomi şirkəti Apple kimi bir addım ataraq, qurulmasının 8-ci ilinə xüsusi olaraq ən yeni flaqman modelini Mi 8 olaraq adlandıracaq. Həm qiyməti, həm də performansı ilə digər flaqman modellərindən fərqlənəcək telefonla bağlı bir neçə şəkil də internetə düşdü.

Son.az technote.az-a istinadən bildirir ki, məlumatları sızdıran mənbənin dediklərinə görə ekrana inteqrasiya edilən barmaq izi Xiaomi Mi 8 modelində OLACAQ. 3D Üz Oxuma texnologiyası ilə gələn telefonun bu funksiyası iPhone X-da olan FaceİD-dən daha yaxşı olduğu deyilir. 6 inch böyüklüyündə ekran, Snapdragon 845 və 6 Gb Ram-a malik olacaq. Müasir barmaq izi sensorlarına nəzərən ekrandakı barmaq izi sensoru 1-2 saniyə arasında gec işləyir. Telefonun 64 Gb, 128 Gb və 256 Gb yaddaşlı versiyaları olacaq. Xiaomi Mi 8 modeli 31 May tarixində Mi Band 3 saatı ilə birliktə konfrans zamanı tanıdılacaq.   


Xəbərə aid fotolar