"Əbədi" akkumulyatorlu smartfon satılacaq


Digərləri 29 May 2018 07:41:00 232 0

"Əbədi" akkumulyatorlu smartfon satılacaq

"Energizer" şirkəti yüksək tutumlu batareya ilə təchiz edilmiş bir neçə smartfonunu təqdim edib. "Power Max" istehsal xəttinə məxsus aparatlar hələ cari ilin yanvarında elan edilmişdi.   Son.az ICTnews-a istinadən bildirir ki, "Power Max P600S" modeli 1080x2160 piksel təsvir ölçülü 5,99 düymlük ekran, "P25 MediaTek Helio" çipi, 6 QB-lıq əməli və 64 QB-lıq daxili yaddaşa malikdir. Akkumulyator batareyasının tutumu 4500 milliamper/saat təşkil edir.   "Power Max P550S" aparatı 720x1280 piksel təsvir ölçülü 5,5 düymlük ekran, "MediaTek MT6737" çipi, 2 QB-lıq əməli və 16 QB-lıq daxili yaddaşla təchiz edilib. Akkumulyator batareyasının tutumu 5000 milliamper/saata bərabərdir.   "Power Max" istehsal xəttinin qabaqcıl qurğusu olan "P16K Pro" modeli 1080x2160 piksel təsvir ölçülü 5,99 düymlük displey, "P23 MediaTek Helio" çipi, 6 QB-lıq əməli yaddaş və 128 QB-lıq daşıyıcı ilə təchiz edilib. Aparat 16 və 13 meqapiksellik modullardan ibarət ikiqat əsas kamera, həmçinin 13 və 5 meqapiksellik modullardan ibarət ikiqat ön kameraya malikdir. Bu aparatın əsas özəlliyi 16000 milliamper/saat tutumunda olan akkumulyatora malik olmasıdır. Yeni təqdim edilmiş smartfonların dəyəri hələ ki açıqlanmayıb.