Bakıda orta yaşlı kişi yaşadığı evin yaxınlığında bıçaqlanıb


Sosial 29 May 2018 06:49:30 244 0

Bakıda orta yaşlı kişi yaşadığı evin yaxınlığında bıçaqlanıb

Orta yaşlı kişi evinə gedərkən bıçaqlanıb

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə ötən gecə Hüseynbala Əliyev küçəsində qeydə alınıb.1980-ci il təvəllüdlü Əhmədov Rövşən Nuşirəvan oğlu evə gedərkən tanımadığı şəxslə mübahisə edib. Mübahisənin sonunda o, bıçaqlanaraq ağır xəsarət alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə Yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.