Bakıda avtomobil orta yaşlı kişini vuraraq ağır xəsarət yetirib


Sosial 29 May 2018 05:51:03 273 0

Bakıda avtomobil orta yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirilib

Bakının Sabunçu rayonunda baş verənyol qəzası zamanı bir nəfər ağır yaralanıb.

"Report" xəbər verir ki,Balaxanı qəsəbəsində yolu keçmək istəyən 50 yaşlı Yusifov Şaiq Yusif oğlunu minik avtomobili vurub.

Hadisəni törədən sürücü yaralını 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.