İsrail parlamentində qondarma "erməni soyqırımı" məsələsi gündəlikdən çıxarılıb


Dünya 28 May 2018 22:49:00 230 0

İsrail parlamentində qondarma "erməni soyqırımı" məsələsi gündəlikdən çıxarılıb

İsrail parlamentinin spikeri Yuliy Edelşteyn qondarma "erməni soyqırımı"nın tanınması ilə əlaqədar qərar layihəsini gündəlikdən çıxarıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə "The Jerusalem Post" qəzeti spikerin mətbuat katibinə istinadən yazıb.

Məlumata əsasən, sənəd Knessetdə qeyri-münasib vəziyyət yaranması məqsədilə gündəlikdən çıxarılıb. "Çünki  qərarın əksəriyyət tərəfindən dəstəklənəcəyi aydın deyildi", spikerin mətbuat katibi vurğulayıb.