Avtomobil aşıb, sürücü xəsarət alıb


Digərləri 28 May 2018 22:22:00 307 0

Avtomobil aşıb, sürücü xəsarət alıb

Goranboyda yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Balakürd kəndində qeydə alınıb.

Rayon sakini, 1989-cu il təvəllüdlü Zeynalov Seyidağa Şakir oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb.

Qəza nəticəsində xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.