13 inək qəfildən öldü, sahibi zəhərləndi Azərbaycanda VİDEO


Digərləri 28 May 2018 22:17:00 291 0

13 inək qəfildən öldü, sahibi zəhərləndi  Azərbaycanda  VİDEO

Şamaxı rayonunda mal-qara arasında kütləvi tələfat baş verib. Son.az bildirir ki, rayonun Çöl Göylər kənd sakin Əbilcan İsmayılova məxsus 13 baş iribuynuzlu heyvan ölüb. Kənd sakini Əbilcan İsmayılov bildirib ki, oğlu Arif İsmayılov mal-qaranı bitlərdən təmizləmək üçün baytarlıq aptekindən aldığı dərmandan istifadə edib. Dərman vurulduqdan sonra heyvanların vəziyyəti pisləşib.

Ev sahibi həmişə bitə qarşı dezinfeksiya məqsədilə eyni dərmandan istifadə etdiyini və belə bir hadisə ilə heç vaxt rastlaşmadığını bildirib.

Kəndin baytar həkimi hadisə yerinə gələnədək mal-qara tələf olub.Hadisə yerində olan Göylər kəndinin sahə baytarlıq idarəsinin müdiri İlham Rəsulov bildirib ki, heyvanların tələf olmasına səbəb havanın isti olması və uzun yoldan gətirilən kimi vaxtsız çimizdirilməsidir.