Bu yeməkləri 2ci dəfə qızdırmaq olmaz


Digərləri 28 May 2018 21:15:00 327 0

Bu yeməkləri 2ci dəfə qızdırmaq olmaz

Mütəxəssislər yeməkləri təzə halda, bişirdikdən dərhal sonra yeməyi tövsiyə edirlər. Bu zəhərlənmə, həzm problemlərinin qarşısını almağa kömək edir, orqanizmi lazım olan vitamin və minerallarla təmin edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, hətta soyuducuda saxlanılan hazır yeməklərdə müəyyən dəyişikliklər baş verir ki, nəticədə onların qidalı dəyəri azalır, tərkibində ziyanlı maddələr əmələ gəlməyə başlayır, orqanizm tərəfindən mənimsənilməsi çətinləşir.

Alimlərin fikrinə görə, bəzi yeməklər var ki, onları qəti şəkildə təkrar qızdırmaq olmaz, soyuq halda yemək daha faydalıdır.

Təkrar qızdırılma zamanı bu yeməklərin faydası kəskin azalır, onlarda ziyanlı maddələr əmələ gəlir. Təkrar qızdırılmış bu yeməkləri yedikdən sonra insanda müxtəlif həzm pozulmaları (köp, qarında ağırlıq, ağrı və s.) meydana çıxa bilər.  

Bu xüsusilə hansı yeməklərə aiddir?

1. Çuğundurdan olan yeməklər.