WiFi şüası həşəratları öldürür


Digərləri 28 May 2018 20:04:00 373 0

WiFi şüası həşəratları öldürür

Simsiz internetin elektromaqnit şüalarının həşəratları öldürəcək qədər ziyanlı olduğu irəli sürülüb.

Son.az xəbər verir ki, mütəxəssislərin araşdırmalarına görə, Wi-Fi şüası nəinki insanlara, eləcə də bəzi quş və həşəratlara ciddi ziyan vura bilir. Nə az, nə çox, düz 97 elmi araşdırma əsasında ekoloqlar Wi-Fi şəbəkəsi siqnallarından ehtimal edilən zərərin qat-qat daha artıq və təhlükəli olduğunu bildiriblər.

Simsiz şəbəkələrin elektromaqnit şüaları quş və həşəratların istiqaməti müəyyənləşdirməsinə və miqrasiya proseslərinə mane olur. Eyni zamanda simsiz internetin siqnalları bitkilərin metabolizminə mənfi təsir göstərərək onların məhv olmasına gətirib çıxarır.

Mütəxəssislər simsiz rabitənin, o cümlədən 5G standartının tətbiqindən ehtiyat etdiklərini deyiblər. Onlar düşünür ki, bu şüalardan müdafiə sistemi hazırlanmazsa, müxtəlif növ ağır nəticələr yarana bilər.