Şəhid Əmrah Yüzbəyovun medalı ailəsinə təqdim olundu


Digərləri 28 May 2018 18:14:00 297 0

Şəhid Əmrah Yüzbəyovun medalı ailəsinə təqdim olundu

Azərbaycan Ordusunun düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçusu Yüzbəyov Əmrah Aydın oğlunun təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı bu gün ailəsinə təhvil verilib.

Son.az APA-ya istinadən bildirir ki, bu gün şəhidin məzarı önündə tədbir keçirilib.

Tədbirdə şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları 2016-cı il mayın 3-də erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Ə.Yüzbəyovun həyat yolundan, onun qəhrəmanlığından danışıblar. Daha sonra şəhidin layiq görüldüyü medal atası Aydın Yüzbəyova təqdim olunub.