Səfir: Ermənistanın yeni rəhbərliyi nikbin heç nə vəd etmir


Digərləri 28 May 2018 16:57:01 250 0

Səfir: Ermənistanın yeni rəhbərliyi nikbin heç nə vəd etmir

Ermənistanın yeni rəhbərliyi bir sıra məsələlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbin heç nə vəd etmir

Bakı. Ənvər Məmmədov - Ermənistanın yeni rəhbərliyi bir sıra məsələlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbin heç nə vəd etmir. Trend-in məlumatına görə, bunu Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov deyib. Onun sözlərinə görə, Ermənistanın keçmiş rəhbərliyi radikal destruktiv siyasət həyata keçirirdi ki, bu da danışıqların normal gedişinə mənfi təsir göstərib.