Karateçimiz Sofiyada gümüş medal aldı


Digərləri 28 May 2018 16:41:00 275 0

Karateçimiz Sofiyada gümüş medal aldı

Bolqarıstanın paytaxtı Sofiyada Dünya Karate Federasiyasının (WKF) gənclər arasında ilk liqa turnirində iştirak edən milli komandamızın üzvlərindən Polina Hurenko (-59 kq) nüfuzlu yarışın gümüş medalına sahib olub.

Bakı. Bolqarıstanın paytaxtı Sofiyada Dünya Karate Federasiyasının (WKF) gənclər arasında ilk liqa turnirində iştirak edən milli komandamızın üzvlərindən Polina Hurenko (-59 kq) nüfuzlu yarışın gümüş medalına sahib olub. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, finaladək beş görüşdə xal buraxmayan ukraynalı legioner, Asiya çempionu, yaponiyalı Rufi Fujita ilə həlledici görüşdə qələbəyə yaxın olsa da, qarşılaşmanın sonuna yaxın zədələnərək döyüşü dayandırmalı olub. Gümüş medalla yanaşı, ikiqat avropa çempionu P.Hurenko oktyabrda Argentinada Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xallarını artırmağa müvəffəq olub. Yarışa yollanan digər 9 idmançımız mükafatsız qalıb. Sofiyada gənclər liqasında rekord sayda, 72 ölkədən 1878 karateçi mübarizə aparıb. İdmançılarımız turnirdə Gənclər və İdman nazirliyinin dəstəyi ilə iştirak edib.