Türkiyə və Azərbaycan müdafiə və müdafiə sənayesi sahələrində layihələrə başlayır


Digərləri 28 May 2018 16:36:00 261 0

Türkiyə və Azərbaycan müdafiə və müdafiə sənayesi sahələrində layihələrə başlayır

Türkiyə və Azərbaycan müdafiə və müdafiə sənayesi sahələrində yaxın perspektivdə bir neçə mühüm layihəni başlamağı planlaşdırır.

Son.az azeridefence-yə istinadla bildirir ki, bu barədə KADEX-2018 sərgisində iştirak edən Türkiyənin Müdafiə Sənayesi Katibliyindən (SSM) məlumat verilib.

SSM-də hesab edirlər ki, bu layihələr iki ölkə arasında müdafiə sahəsində əlaqələrin genişləndirilməsinə və yeni mərhələyə keçidinə öz töhfəsini verəcək.