Bakıda yeniyetmə maşın qaçırdı, amma çox uzağa gedə bilmədi...


Digərləri 28 May 2018 16:18:00 211 0

Bakıda yeniyetmə maşın qaçırdı, amma çox uzağa gedə bilmədi...

Mayın 27-də saat 23 radələrində DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə Nəsimi rayonunun Füzuli küçəsindən Bakı şəhər sakini Sərxan Quliyevə məxsus "Hyundai" markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

DİN-dən Son.az-a verilən məlumata görə, bununla əlaqədar dərhal Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Görülmüş təxirəsalınmaz tədbirlərlə qeyd olunan avtomobil  İnşaatçılar prospektində Yasamal RPİ 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən edilərək "isti izlər"lə saxlanılıb. Avtomobili qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini olan yeniyetmə nəqliyyat vasitəsi ilə birgə aidiyyatı üzrə təhvil verilib.