Ən dəbli anabala “Best Mom Prince & Princess” moda layihəsinin qala gecəsi keçirilib VİDEO FOTO
Digərləri 28 May 2018 15:46:00 306 0
Bakının ən fərqli moda layihəsi hesab olunan "Best Mom Prince & Princess" böyük maraqla qarşılandı.
Artıq 5-ci dəfə idi ki təşkil olunan tədbir həm iştirakçıların, həm də tanınmış simaların rəğbətini qazanmağı bacardı. Layihənin rəhbəri, ana-bala dəbi üzrə dizayner Günay Vəliyeva, PR meneceri isə Vüqar Səfərlidir. Gecənin açılışını tanınmış, istedadlı müğənni Leyla Kafari etdi. Daha sonra fərqli moda layihəsində ana-övlad bağının dəb forması müxtəlif konseptlərdə izləyicilərə təqdim olundu. Peşəkarlardan ibarət münsiflər heyətinin balları əsasında iştirakçılar arasında qaliblər müəyyənləşdi.
Birinci yeri Gülnar İmanquliyeva və qızı Banu, ikinci yeri Nurlana Quliyeva, qızı Nursən və oğlu Nurlan, üçüncü yeri isə Elnarə Məmmədova və qızı İradə tutub. Gecədə yeganə iştirakçı olan ana-oğul cütlük, Fərqanə İsmayılova və oğlu Aslan həmçinin qalib mükafatı və sertifikatı ilə təltif edildi. Layihənin münsiflər heyətininin tərkibinə "High Life Fashion & Model Academy"nin prezidenti, modelyer-dizayner, xoreoqraf Mübariz Allahverdizadə, "ABA" Group-un rəhbəri Ləman Mirtalıblı, peşəkar vizajist Nigar İbrahimli, müğənni Ayaz Qasımov, müğənni Nicat Məhərrəmov, peşəkar fotoqraf Nigar Həsənova, "Baku Fashion School"un rəhbəri, modelyer Gülya Babayeva, "Naxış Moda Evi"nin rəhbəri, modelyer Gülşən Dadaşova, həkim-kosmetoloq Günel Fətəliyeva, modelyer-dizayner Aslı Haciyeva və "KM Organization"un rəhbəri Mirxan Yusifzadə daxil idi. Tədbirdə eyni zamanda uşaq modellər podiumda öz dəbli çıxışlarını və bacarıqlarını nümayiş etdirdilər. Musiqili-əyləncəli xarakter daşıyan "Best Mom Prince & Princess" layihəsi qaliblərin və bütün istirakçıların mükafatlandırılması ilə başa çatdı. Gecənin aparıcısı Nicat Həsənzadə idi.