Bəzi rayonlarda və Bakının bir hissəsində su problemi olacaq


Digərləri 28 May 2018 15:40:00 254 0

Bəzi rayonlarda və Bakının bir hissəsində su problemi olacaq

Yağıntılarla əlaqədar Kür çayında bulanıqlığın artması səbəbindən Kür təmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.

Son.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar 28 may tarixində gün ərzində Şirvan, Salyan, Hacıqabul, Qaradağ rayonlarına, eləcə də Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.