“Nardaran qalası"nda silah-sursat gizlədən şəxs tutulub


Digərləri 28 May 2018 15:29:00 395 0

“Nardaran qalası"nda silah-sursat gizlədən şəxs tutulub

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan və gizlədilən odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Bakı. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan və gizlədilən odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib. DİN-dən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə Yasamal rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Qurbanovda odlu silah olması, həmin silahı “Nardaran Qalası"nda gizlətməsi barədə məlumat daxil olub.