Bakıda qadının çantasından pul oğurlayan qardaşlar saxlanıldılar


Digərləri 28 May 2018 14:25:00 269 0

Bakıda qadının çantasından pul oğurlayan qardaşlar saxlanıldılar

Mayın 25-də Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Z.Kazımova bir gün əvvəl "Sədərək" ticarət mərkəzindəki mağazaların birində çantasından 250 manat pulunun oğurlandığını bildirib.

Bu barədə Son.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Lənkəran şəhər sakinləri olan qardaşlar - Mahir və Rafiz Şəfiyevlər olduqları müəyyən edilib.