Bakıda yolu keçən kişini maşın vuraraq öldürdü


Digərləri 28 May 2018 14:07:00 210 0

Bakıda yolu keçən kişini maşın vuraraq öldürdü

Bakıda yolu keçən kişini maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, mayın 27-də saat 21 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini İman İmanov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.