İndoneziyalı jurnalistlər Mətbuat Şurasında olublar (FOTO)


Digərləri 28 May 2018 13:52:00 259 0

İndoneziyalı jurnalistlər Mətbuat Şurasında olublar (FOTO)

Bu gün İndoneziyadan olan bir qrup jurnalist Azərbaycan Mətbuat Şurasında olub.

Bakı. Bu gün İndoneziyadan olan bir qrup jurnalist Azərbaycan Mətbuat Şurasında olub. Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, Şuranın sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, İndoneziya və Azərbaycan arasında müxtəlif sahələrdə dinamik əlaqələr mövcuddur. Ə.Amaşovun sözlərinə görə, dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziya beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı obyektiv ictimai rəyin formalaşmasına çalışır, eyni zamanda Dağlıq Qarabağ münaqişəsində Azərbaycana fəal dəstəyi ilə seçilir: “Ancaq hər iki ölkə xalqlarının bir-biri ilə daha sıx təmaslarına ehtiyac var. Bunun üçün isə media müstəvisindəki əməkdaşlıq xüsusilə vacibdir. Bu baxımdan sizin Azərbaycana səfəriniz son dərəcə vacibdir. Azərbaycanda müxtəlif görüşlər keçirəcəksiniz, bölgələrimizə səfərləriniz olacaq. İnanıram ki, müfəssəl informasiya toplayıb çalışdığınız kütləvi informasiya vasitələrində yayacaqsınız”.