Gürcüstan, İran və Rusiya ilə dövlət sərhədlərində Heydər Əliyevin 95, AXC-nin 100 illiyinə həsr olunmuş yürüşlər keçirilib (FOTO)


Digərləri 28 May 2018 13:21:00 266 0

Gürcüstan, İran və Rusiya ilə dövlət sərhədlərində Heydər Əliyevin 95, AXC-nin 100 illiyinə həsr olunmuş yürüşlər keçirilib (FOTO)

Gürcüstan, İran və Rusiya ilə dövlət sərhədlərində Heydər Əliyevin 95, AXC-nin 100 illiyinə həsr olunmuş yürüşlər keçirilib.

Bakı. Gürcüstan, İran İslam Respublikası və Rusiya Federasiyası ilə dövlət sərhədində, həmçinin Xəzər dənizində sərhəd sularında Dahi Öndər Heydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş süvari və gəmi yürüşləri təşkil olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, ən nümunəvi hərbi qulluqçuların iştirak etdiyi sərhədçi yürüşlərinə quru sərhədlərində süvari dəstələr, sərhəd sularında isə Sahil Mühafizəsinin sərhəd gö­zətçi gəmiləri cəlb olunub.