"Bu, intiqam idi" "Hitparad"da qalmaqal


Şou-biznes 28 May 2018 13:08:00 279 0

"Bu, intiqam idi"  "Hitparad"da qalmaqal

"ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının növbəti qonağı əməkdar artist Elza Seyidcahan olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni qalmaqallı çıxışları ilə yadda qalıb. Seyidcahan onuncu yerə layiq gördüyü Xatunu tanımadığını deyib:

"Ad çəkməyəcəm. Tanımıram maska taxıb Elzaya oxşadır özünü. Mahnısına siz dediniz deyə qulaq asdım". 

Bir vaxtlar Xatundan küsən Könül Kərimova haqqında da danışan müğənni sənət dostlarının qisasını hər zaman aldığını vurğulayıb:

"Özümün yox, sənət dostlarımın qisasını hər zaman alıram. Düzdür, Könül Kərimova onu bağışladı. Amma mən bağışlamaram". 

Seyidcahan müğənni Ramal İsrafilovu məsxərəyə qoyub və onun mahnısını bəsit adlandırıb:

"Radioda gedəndə səsini alaram. Mən belə mahnılara qulaq asa bilmərəm. Miri Yusifin klipi adidir. Götür kameranı, iki qızı, başını qırx gedək klip çəkək. Elə oxuyur ki, sözlərini başa düşmək olmur".

Elza Elton Hüseynəliyevi yeddinci edərək, onu tərifləyib. İfaçı Xatirə İslamın mahnısındakı qüsurları sadalayıb: