Prezident Administrasiyası: "Türkiyə Azərbaycanın uğurları ilə fəxr edir"


Siyasət 28 May 2018 12:37:00 259 0

Prezident Administrasiyası: "Türkiyə Azərbaycanın uğurları ilə fəxr edir"

Türkiyə qardaş Azərbaycanın bütün uğurları ilə fəxr edir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlər yüksək səviyyədədir və regional əməkdaşlığa nümunədir:

"Bu gün Xalq Cümhuriyyətinin 100-cü ildönümünü qeyd edən Azərbaycan Türkiyə üçün ən etibarlı müttəfiq və tərəfdaşlardan biridir".

Həmçinin bildirilib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və yanında olacaq.