Gerçək "hörümçək adam" uşağı xilas etdi VİDEO FOTO


Digərləri 28 May 2018 12:00:00 239 0

Gerçək "hörümçək adam" uşağı xilas etdi  VİDEO  FOTO

Fransanın paytaxtı Parisin cənubundakı Ryu Marks-Dormoy səmtində 4 yaşlı oğlan ölümdən xilas olunub.

Son.az Daily Mail-ə istinadən bildirir ki, şəhərin 18-ci dairəsindəki dördmərtəbəli binanın dördüncü mərtəbəsinin eyvanından aşağı baxmaq istəyən uşağın ayağı sürüşüb.

O, eyvanın məhəccərindən tutaraq sallaşmışdı.

Binanın qarşısına çoxlu insanlar, habelə polislər və yanğınsöndürənlər də yığışmışdılar.

Bu an 22 yaşlı Mamudu Qassama irəli atılaraq yuxarı dırmaşmağa başlayır.

O, 30 saniyədən də az vaxt ərzində eyvanların məhəcərlərindən tutaraq yuxarı qalxıb.


Xəbərə aid fotolar