Gimnastlarımız beynəlxalq turnirdən 8 medalla geri döndülər


Digərləri 28 May 2018 11:07:00 257 0

Gimnastlarımız beynəlxalq turnirdən 8 medalla geri döndülər

Macarıstanın paytaxtı Budapeştdə keçirilən idman gimnastikası üzrə yeniyetmələrin beynəlxalq turnirinə komandamız 8 medalla yekun vurub.

Son.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Respublika Günü ərəfəsində millimizin perspektivli və gənc gimnastları düz iki dəfə himnimizi Budapeştin gimnastika arenasında səsləndirməyi bacarıblar.

Komandamızın hesabına ən çox medal yazdıranlardan biri Səməd Məmmədli olub. Təmsilçimiz dəstəli at üzərində çıxışlarına görə qızıl, dayaqlı tullanmada gümüş, paralel qollarda isə bürünc medala sahiblənib. Daha bir bürünc medalı isə gimnastımız çoxnövçülükdə qazanıb.

Növbəti qızıl medalı isə hesaba Cavidan Babayev halqalarda uğurlu çıxışı ilə yazdırıb.