Ramil Şeydayevin yeni klubu müəyyənləşdi


İdman 28 May 2018 11:00:00 275 0

Ramil Şeydayevin yeni klubu müəyyənləşdi

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin yeni klubu müəyyənləşib.

 22 yaşlı hücumçu karyerasını Avstriya Bundesliqasında çıxış edən Mattersburg-da davam etdirəcək. Bu barədə klub prezidenti Martin Puxer açıqlama verib. Avstriya mətbuatı gənc forvardın Zalsburg-a qayıdan Smail Prevlyakın əvəzinə alındığını yazıb. Mattersburg Bundesliqanı 36 oyundan 46 xalla 6-cı pillədə başa vurub.

Qeyd edək ki, Rusiya "Zenit"inin yetirməsi olan Ramil Şeydayev 2016-cı ilin yayında "Trabzonspor"la 4 illik müqavilə bağlayıb. O 2017-ci ilin yanvarında Slovakiya Zilina-sına, ötən ilin yayında isə Qarabağ-a icarəyə verilib. Şeydayev bu komandaların heyətində Slovakiya və Azərbaycan çempionu olub.