Xaçmazda maşın ağaca çırpılıb,


Digərləri 28 May 2018 10:38:00 263 0

Xaçmazda maşın ağaca çırpılıb,

Xaçmaz -Xudat yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə magistralın Qusarçay kəndi ərazisindən keçən hissəsində baş verib.  44 yaşlı Vəhiyev Dmitri Əliyeviçin idarə etdiyi "QAZ 24" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.