Əməkdar artist qızına görə məhkəməyə üz tutur: “Allah bəlanızı versin” FOTO


Şou-biznes 28 May 2018 09:48:00 300 0

Əməkdar artist qızına görə məhkəməyə üz tutur: “Allah bəlanızı versin”  FOTO

Əməkdar artist Firuzə İbadovanın qızı Hülyanın yenidən ailə həyatı qurması haqda mətbuatda xəbərlər yer alıb.

Əməkdar artistin qızı xəbəri Son.az təkzib edərək, bunları bildirib:

"Mənim icazəm olmadan mənim yerimə sual verib, cavab alıblar. Mən onları məhkəməyə verəcəyəm. Çünki mən başımı kiməsə ərə getməyə görə bağlamamışam. Yazıblar ki, iyun ayının 4-də nikaha girir! Hardan bilirsiz nikaha girirəm? Mən ziyarətə getməzdən öncə başımı bağlamışam, Allahın əmrini yerinə yetirmişəm. Bir dəfə 2008-ci ildə ailə həyatı qurmuşam, bunu hamı bilir. Müəyyən səbəblərə görə biz iki normal insan kimi ayrılmışıq. Bizim bir qız övladımız var. Mən bundan sonra nikaha daxil olmamışam, bu haqda fikrim də yoxdur. Mənim nikahım anam və qızımdır. Allahımdan çox razıyam ki, məni hicaba layiq görüb.

Evimdə oturub Allaha olan sevgimi yaşayıram. Mənə başqa ikinci həyat lazım deyil. Bu xəbəri yazanlar, yazanda bir düşünün! Daha qalmısız ki, nə yazasız! Heç nə yaza bilmirsiz, başlamısız özünüzdən uydurma xəbərlər yazmağa. Fikirləşmirsiniz ki, mən sizi məhkəməyə verə bilərəm? Olmaz axı, günahdır, ayıbdır. Nə ixtiyarınız var mənim haqqımda səhv məlumatı yazasız? Bu xəbəri yazan, mənə cavab verəcəksən!" deyə əməkdar artistin qızı bildirib.


Xəbərə aid fotolar