Nazəninin yasdakı videosu, Rəqsanənin ətrafı, Səmranın sinəsi


Şou-biznes 28 May 2018 09:15:00 253 0

Nazəninin yasdakı videosu, Rəqsanənin ətrafı, Səmranın sinəsi

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (173-cü say) təqdim edir.

Ötən həftə də itkiylə yadda qaldı. Əməkdar artist Zöhrə Abdullayevanın yeganə övladı - oğlu İsrafil beynin xərçəngindən vəfat etdi. Oxucular və öz adımızdan Zöhrə xanıma başsağlığı veririk. Bu arada Nazənin də vəfat etmiş qardaşı barədə danışıb. Əslində, işin kökünə az da olsa bələdəm. Ancaq əvvəlcə Nazəninin sitatını oxuyaq:

"Onu itirməyimə mənim qədər yana bilərsiniz? Beş özüm ağırlığında ona xərc çəkdim. Nələr etdim. Amma olmadı. Heç kim mənim qədər dərd çəkməz. Amma o qədər tənqid yazırlar ki... Elə bil mənim dərdimi bunlar çəkir. Cahil insanlardır hamısı. Nə edirsən söyürlər".

Nazənin xanım, cahil insan deyib hər kəsi təhqir etmək olmaz. Qardaşınız vəfat edib, Allah rəhmət eləsin! Doğrudan da, qardaş, bacı çox ağırdır. Ancaq, sözün düzü, qardaşınıza çəkdiyiniz xərci deyə bilməsəm də, yas mərasimindən çəkilən selfilər və videoları görmüşəm. Bəli, doğrudan da, yas mərasiminə böyük xərc çəkmişdiniz. Allah sizdən razı olsun. Ancaq bir insanın qardaşına çəkdiyi xərci efirdə deməsi mənə qaranlıq qalır. Hətta insanlar sərt tənqid etsələr belə, bəzi şeylər var ki, onlar efir üçün deyil. Sənətçi tanıyıram ki, gündəlik cibxərci beş yüz manatdır, amma qardaşı, bacısı, yaxınları kirayədə, yataqxanada qalır. Yəni, müğənni tayfasını az-çox tanıyırıq da.

Müğənni Rəqsanənin qızı Aysun bu yaxınlarda çox cəsarətli addımla yadımda qalıb. Yəqin ki, çəkdiyi videoya əksəriyyətiniz baxmışdınız. Deyib ki, həyatımda baş verən hər şeyi birinci anam bilir. Deyirəm, gör indi Rəqsanə nələr bilir e. Dərhal başqa yerə yozmayın. Aysun iyirmi yaşında gənc qızdır. Yəni bu yaşa qədər nə sirri olubsa, anası bilir də. O mənada dedim.