"Alberto" fırtınası səbəbindən 5 mindən artıq insan təxliyə edilib


Dünya 28 May 2018 08:55:00 270 0

"Alberto" fırtınası səbəbindən 5 mindən artıq insan təxliyə edilib

Kubada "Alberto" fırtınası səbəbindən 5 mindən artıq insan təxliyə edilib.

Son.az Trend-ə istinadən bildirir ki, ölkənin qərb və mərkəzi hissələrində yağan güclü yağışlar Penar-del-Rio, Artemisa, Matansas, Vilya-Klara və Sankti-Spiritus əyalətlərində bir neçə rayonda çaylarda və su anbarlarında suyun səviyyəsinin artmasına səbəb olub.

Ölkə hakimiyyəti Kubanın ən böyük su anbarı olan Sasanın suyunun bir hissəsini boşaltmaq məcburiyyətində qalıb.