Kolumbiyada prezident seçkilərinin ilk turu başa çatıb


Dünya 28 May 2018 08:26:00 245 0

Kolumbiyada prezident seçkilərinin ilk turu başa çatıb

Kolumbiyada prezident seçkilərinin ilk turu başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, seçki məntəqələi yerli vaxtla səhər saat 08:00-dan 16:00-a qədər işləyib. Ümumilikdə 11,2 min seçki məntəqəsi açılıb. Səs vermə hüququna 36,2 milyon vətəndaş malikdir.

Müşahidəçilər missiyasının məlumatına görə, ümumilikdə seçkilərdə təxminən 110 qanun pozuntusu qeydə alınıb.

Prezidentliyə 6 namizəd var - İvan Duke, Qustavo Petro, Umberto de la Kalye, Serxio Faxado, Xerman Varqas Lyeras və Xorxe Antonio Truxilio. Müşahidəçilərin sözlərinə görə, namizədlər arasında İvan Duke və Qustavo Petro liderdilər.