Buş yenidən xəstəxanaya yerəşdirilib


Dünya 28 May 2018 07:44:00 282 0

Buş yenidən xəstəxanaya yerəşdirilib

ABŞ-ın keçmiş prezidenti Corc Buş (ata) Men ştatında xəstəxanaya yerləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Buş ailəsinin rəsmi nümayəndəsi Cim Makqart öz Twitter səhifəsində yazıb.

Onun sözlərinə görə, C.Buşun xəstəxanaya yerləşdirilməsinə səbəb onun qan təzyiqinin aşağı olması olub: "O, yəqin ki, orada müayinədən keçmək üçün bir neçə gün qalacaq".