Çində yanacağın pərakəndə satış qiyməti bu il ərzində yeddinci dəfə artırılıb


Dünya 28 May 2018 01:30:00 274 0

Çində yanacağın pərakəndə satış qiyməti bu il ərzində yeddinci dəfə artırılıb

Dünya bazarında xam neftin qiymətinin qalxması ilə əlaqədar olaraq Çində yanacağın pərakəndə satış qiyməti bu il ərzində yeddinci dəfə artırılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Çin Milli İnkişaf və İslahat Komissiyası benzinin və dizel yanacağının hər tonunun qiymətinin müvafiq olaraq 260 yuan (40,7 ABŞ dolları) və 250 yuan (39,4 dollar) artırılması barədə qərar qəbul edib. Bu, Çində cari ildə həm də ən böyük qiymət artımıdır.