Türkiyə ABŞ-ın "F-35" qırıcıları əvəzinə Rusiyadan "Su-57"lər ala bilər


Dünya 28 May 2018 00:13:23 275 0

Türkiyə ABŞ-ın "F-35" qırıcıları əvəzinə Rusiyadan "Su-57"lər ala bilər

Bu, Amerikanın "F-35"lərin Ankaraya satışına qadağa qoyacağı təqdirdə baş verəcək

Türkiyə Amerika istehsalı olan "F-35" qırıcıları əvəzinə Rusiyanın "Su-57" təyyarələrini ala bilər.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən "Yeni Safak" qəzeti məlumat yayıb.

Ankara Birləşmiş Ştatlar Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri alması səbəbindən "F-35"lərin tədarükünü əngəlləyəcəyi təqdirdə bu addımı ata bilər.

"Ankara iyunda əldə etməli olduğu təyyarəni almaq hüququndan imtina etmək niyyətində deyil", - deyə mənbə bildirib.