Türkiyə PKKya tarixi zərbə vurdu


Dünya 27 May 2018 23:53:00 310 0

Türkiyə PKKya tarixi zərbə vurdu

Türkiyə təhlükəsizlik orqanlarının əməliyyatları nəticəsində çox sayda terrorçunun zərərsizləşdirilməsi və terror qruplaşmasına insanların qoşulmasının azalması PKK-nın tarixindəki ən çətin vəziyyətə düşməsinə səbəb olub.

Son.az virtualaz.org-a istinadən bildirir ki, əməliyyatlar nəticəsində öldürülənlərin yerinə döyüşəcək insan tapmayan terror qruplaşması cərgələrinə 2016-da 686, 2017-də 152 terrorçu qatıldığı halda, bu rəqəm 2018-ci ilin ilk aylarında cəmi 43-ə bərabər olub.