Rəşad Sadıqovun komandası yenə qələbəyə həsrət qaldı


İdman 27 May 2018 21:40:00 304 0

Rəşad Sadıqovun komandası yenə qələbəyə həsrət qaldı

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası Bakıdakı təlim-məşq toplanışı çərçivəsində son yoldaşlıq görüşünü keçirib. Rəqib yenə Makedoniyanın eyni yaş qrupundan olan yığması olub. Goal.az xəbər verir ki, "Dalğa Arena”da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Azərbaycan millisinin kapitanı Anton Krivotsyuk öz qapısına vurub. Meydan sahiblərinin məğlubiyyətdən xilas olmaq üçün real qol imkanını isə 80-ci dəqiqədə Fərid Nəbiyev penaltidən boşa verib. Onun zərbəsini rəqib qapıçı dəf edib.

Beləliklə, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Bakıdakı toplanışı qələbəsiz başa vurub. Daha əvvəl Gürcüstana 1:2 hesabı ilə uduzan Azərbaycan millisi Makedoniya ilə ilk yoldaşlıq görüşündə heç-heçə edib - 1:1.

Yoldaşlıq görüşü

19:00. Azərbaycan (U-20) – Makedoniya (U-20) - 0:1

Qol: Anton Krivotsyuk, 25-öz qapısına

Penaltini dəqiq yerinə yetirə bilməyib: Fərid Nəbiyev, 80 (qapıçı)

Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Mübariz Haşımov, İnqilab Məmmədov

"Dalğa Arena".