Ufuk Budak: "Aramızda “Qarabağ”da qalmaqla bağlı söhbət olmadı" - MÜSAHİBƏ


İdman 27 May 2018 22:15:00 258 0

Ufuk Budak: "Aramızda “Qarabağ”da qalmaqla bağlı söhbət olmadı" - MÜSAHİBƏ

Azərbaycan milli komandasının futbolçusu Ufuk Budak Qırğızıstan yığması ilə yoldaşlıq görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb. Goal.az həmin müsahibəni təqdim edir:

- Türkiyənin “Samsunspor” klubundan ayrıldınız. Karyeranızı harada davam etdirəcəksiniz?

- Hələ heç nə bəlli deyil. Bu barədə ciddi danışmalı və müzakirələr aparmalıyıq. Hələlik gözləyirəm.

- Qurban Qurbanov 6 gün “Qarabağ”da məşq etdiyinizi bildirdi. Bu klubda çıxış etmək istərdiniz?

- O, məni fiziki vəziyyətimi düzəltmək üçün məşqlərə dəvət etmişdi. Uzun müddət oynamırdım. Aramızda “Qarabağ”da qalmaqla bağlı söhbət olmadı.

- Əvvəllər də yığmada olmusunuz. Qurban Qurbanovun gəlişindən sonra nə dəyişib?

- Sonuncu dəfə 4 il əvvəl gəlmişdim. Fərqli üzlər gördüm. Gənc futbolçularımız var. Daha dinamik komandadır.

- Bu illər ərzində millinin çıxışını izləyirdiniz?

- Bəli, mən də yığma üzvüyəm. Hər oyunu izləməyə çalışırdım.

- Bir müddət əvvəl Azərbaycan vətəndaşlığından imtina etdiyiniz deyilirdi. Çünki Türkiyədə legioner sayılmırdınız.

- İki pasportum var idi. İndi də belədir. Başqa söhbət olmayıb.

- Robert Prosineçki sizi niyə yığmaya çağırmırdı?

- Bir dəfə dəvət etmişdi, 10 gün komandada oldum. Sonra çağırmadı. Bunu məndən soruşmayın.