“Örüşləri əlimizdən aldılar, camışı harada saxlayaq?...” FOTO


Digərləri 27 May 2018 21:56:00 434 0

“Örüşləri əlimizdən aldılar, camışı harada saxlayaq?...”  FOTO

Azərbaycanda bir zamanlar heyvandarlığın istiqamətlərindən biri olan və gəlir gətirən sahə hesab edilən camışçılıq məhv olmaq üzrədir. Ölkədə camışçılıq təsərrüfatlarının sayı  ildən-ilə azalır, fərdi təsərrüfatarda da camış saxlayanlar kəskin azalıb. Hazırda iri heyvandarlıq təsərrüfatlarında cins inək saxlamağa üstünlük verirlər, kəndli-fermerlərin isə 3-5 baş camışdan artıq heyvan saxlamağa gücü çatmır.  

Son.az virtualaz.org-a istinadən bildirir ki, 2016-cı ilə ölkədə 214.224 baş camış olduğu halda ötən il heyvanların sayı 196.651-ə qədər azalıb.  Ümumilikdə 2000-ci ildən indiyədək hər il əvvəlki ildən 10-30 faiz azalma müşahidə edilir.

"Camış saxlamaq çətin işdir..."

Camışçılıqla məşğul olan fermerlər  deyirlər ki, təsərrüfatlar özəlləşdiriləndən sonra otlaq sahələrinin azalması, göllərin qurudularaq yerində məhsul əkilməsi onları çıxılmaz vəziyyətdə qoyub.

"Camış saxlamaq çətindir. Camış istini sevir, gərək nohur,  bataqlıq, gölməçələr olsun. Otlaq sahələrində məhsul əkdilər, harda bataqlıq, gölməçə gördülər, qurudub əkin sahəsinə çevirdilər. Heyvanı yemləməyə örüş sahəsi yoxdur. Ona görə də indi cəmi 4 camışım qalıb, qalanlarını satmışam",- Ağdaşdan olan fermer Şakir Məmmədov deyir.

Fermer əlavə edir ki, son 4-5 ilə qədər örüş sahəsi icarəyə götürüb, amma indi icarə sərf etmir. 1 camışa baxmaqdansa 2-3 inəyə baxmaq daha sərfəlidir.

"Payızda, qışda yem olmur, yayda da su tapmaqda çətinlik çəkirik.  Su olmadığından sahələrdə ot da azdır. 1 litr camış südü tərkibinə görə 3 litr inək südünə bərabərdir, buna görə də camış südü, qatığı, yağı bahalıdır. İri təsərrüfatlara sərf edir, xərc çəkirlər, qazanırlar. İnək südü camış südündən 2 dəfə ucuzdur. Kəndlərdə camış saxlayan südündən, qatığından istifadə edir, olmayan da artıq pul verib almaq istəmir. 3-5 camışla nə qədər süd satıb qazanmaq olar ki örüş sahəsinin icarə pulunu da ödəyə bilək",-Məmmədov deyir.

Xərçəng xəstəsi olan imkanlı şəxsin sifarişi ilə camış saxlayan fermer

Adının çəkilməməsini istəyən digər fermer isə deyir ki, təsərrüfatında 5 camışı var, onu da xərçəng xəstəsi olan imkanlı şəxsin sifarişi ilə saxlayır.


Xəbərə aid fotolar