İsmayıllıda təbii fəlakət: 60 kənd işıqsız,


Digərləri 27 May 2018 21:32:00 333 0

İsmayıllıda təbii fəlakət: 60 kənd işıqsız,

Gecə saatlarında İsmayıllırayonu ərazində güclü leysan olub. Yaranansel və külək təsərrüfatlara ciddi ziyan vurub. Çobanlar mal-qaranı çaydankeçirərkən selə düşüblər. Nəticədə heyvanlar və 4 çoban səhərə qədər çayın ortasında çarəsizqalıblar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ötən gecə İsmayıllıya yağan güclü yagış fəsadlara səbəb olub. Gecə saat 1 radələrində Girdiman çayında güclü sel yaranıb. Bu vaxtlarda çayın o tayından bu tayına mal qaranı keçirmək istəyən çobanlar selə yaxalanıb. Nəticədə 400 -dən çoxiri və xırdabuynuzlu heyvanın bir qismi çayı keçsə də qalan hissəsi , 4 çoban vəyük maşınıçayın ortasında çıxılmaz vəziyyətdə qalıblar.

Əraziyə texnikalar cəlb olunub, heyvanlar və çobanlar xilas edilib.

Bundan əlavə külək bir sıra sosial obyektlərin dam örtüyünə, meyvə ağaclarınaziyan vurub. Rayon daxilində elektrik xətləri kəsilib. Damları uçan evlərin daxilinə yağıs suları dolub.

Gecə saatlarındabir neçəkəndin elektrik enerjisinin verilişi dayanıb. Sel 7 kəndi birləşdirən qaz xəttinin Ax-Ox çayından keçən hissəsinı qırıb, qaz təchizatı dayanıb. Gecə saatlarında İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasi və rayon Polis idarəsinin əməkdaşları ərazilərə baxış keçiriblər. Elektrik və qaz verilişi bərpa edilib.


Xəbərə aid video