İslandiya qeyriadi qərar: Oruc vaxtını 4 saat azaltdılar VİDEO


Digərləri 27 May 2018 20:39:00 252 0

İslandiya qeyriadi qərar: Oruc vaxtını 4 saat azaltdılar  VİDEO

İslandiyada bir qup müsəlman iftar vaxtında dəyişiklik edib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, İslandiyada imsakla iftar arasında 22 saat zaman var və insanlar axşam saat 23.00-dan sonra iftarlarını açmalıdırlar. Vaxtın uzunluğuna görə paytaxt Reykyavikdə bir qrup müsəlman 22 saatı 18-ə endirib.

Bu addımı atan şəxslər bildirir ki, 22 saat ac və susuz qalmaq olduqca çətindir. Müsəlmanlar qərarlarını "Allah qulları üçün asanlıq istəyir. İnsanların orucluq müddətinə görə huşlarını itirdiyini bilirik, buna görə müddəti qısaltdıq" fikirləri ilə əsaslandırırlar.


Xəbərə aid video