Şəkidə 59 yaşlı qadını bir ayda ikinci dəfə ilan sancıb


Digərləri 27 May 2018 20:26:00 280 0

Şəkidə 59 yaşlı qadını bir ayda ikinci dəfə ilan sancıb

Bu gün günorta saat 12 radələrində rayonun Kiçik Dəhnə kənd sakini 1959-cu il təvəllüdlü Nuxta Rəsul qızı Xudaverdiyeva ilan sancması xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Son.az APA-ya istinadən xəbər verir ki, 59 yaşlı N. Xudaverdiyeva yaşadığı evin həyətyanı sahəsində kartof çıxaran zaman ilan qəfildən onun sağ əlinin dördüncü  barmağından sancıb. N. Xudaverdiyevaya lazımı tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib. Məlumatda bildirilir ki, N. Xudaverdiyev bir ay əvvəldə ilan sancması diaqnozu ilə Şəki MRX-da müalicə alıb.