Ramazan ayında oruc tutmayan və "yaxşılığa dəvət"


Digərləri 27 May 2018 20:15:00 332 0

Ramazan ayında oruc tutmayan və "yaxşılığa dəvət"

Ramazan ayı idi. İki gənc məsciddə camaat namazı qıldıqdan sonra Şəhidlər Xiyabanına baş çəkmək qərarına gəldilər.

Son.az islam.az-a istinadən bildirir ki, xiyabanın ən sakit guşəsində gözləri ağsaqqal bir adama sataşdı. Ətrafda heç kim yox idi. Təqribən 50-55 yaşlı kişi əlində saxladığı çörək parçasından qopararaq ağzına qoyurdu, tələsmədən çeynəyirdi. Gənclərdən biri dedi: "Bu həyasıza bax e! Ramazanda oruc tutmur! Hələ saqqal da saxlayıb!". Sonra dostunun əlindən tutaraq ona tərəf çəkdi: "Gəl, indi onu biabır edəcəm!" Dostu onu saxlamaq istədi: "Lazım deyil, bəlkə bir səbəbi var! Bəlkə sən fikirləşdiyin kimi deyil". Amma gənc dinləmədi: "Hacı moizəsində nə dedi yadından çıxdı?! Əmr be məruf hər müsəlmanın borcudur! Bəlkə elə məni eşidib oruc tutacaq, namaza başlayacaq? Həm o savab qazanacaq, həm də mən". Dostunun onunla getməyəcəyini anlayıb özü bir qədər qocaya tərəf getdi. Onu görən kişi nədənsə tez çörəyi arxasında gizlətməyə çalışdı. Gənc isə bayaqkı cürətini itirmişdi sanki. Geri döndü, üzünü ondan xeyli kənarda dayanan dostuna tutub uca səslə dedi: "Ramazandı e! Camaat oruc tutur. Bəziləri də xəlvətə çəkilib..."

Səhəri dostlar məsciddə yanaşı əyləşib namazın başlanmasını gözləyirdilər. Dünən qocanı danlayan gəncin yanında bir nəfər əyləşdi, salam verdi gənclərə. Onlar da adət üzrə cavab verdilər, heç üzünə də baxmadılar. Bir qədər sonra çoxdan görüşmədikləri dostları onları gördü. Salamlaşıb hal-əhval tutdular. Birdən dostları bayaqdan səssizcə əyləşən kişiyə diqqət yetirdi:

- Hacı, sizsiniz? Salam əleykum! Nə vaxtdır görüşmürük! Nə var, nə yox? Səhhətiniz necədir? Həkim bu il də icazə vermədi oruc tutmağa?

Bir az söhbətləşəndən sonra dostları üzünü gənclərə tutub dedi: